UEFA “Qarabağ”ın gəlirini açıqladı

UEFA 2018/19 mövsümündə Avropa liqasının qrup mərhələsində çıxış edən klubların gəlirlərini açıqlayıb.

Allsport.az xəbər verir ki, ötən mövsüm Azərbaycanı qrup mərhələsində təmsil edən “Qarabağ”ın da qazancı bəlli olub. “Arsenal”, “Sportinq” və “Vorskla” ilə E qrupunda yer alan Ağdam klubunun ümumi gəliri 4 847 954 (4 milyon, 847 min, 954) avro təşkil edib.

Bunun 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə verilirsə, yerdə qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqlə bağlı gəlirlərdi.

Ötən mövsüm qrupda keçirdiyi oyunların 5-də uduzan “Qarabağ” yalnız səfərdə Ukrayna “Vorskla”sını məğlub etmişdi.

Həmin kateqoriyadan