Uğursuz “üçlük”

Azərbaycan çempionatlarının 28 illik tarixində 190 avtoqol qeydə alınıb. Allsport.az xəbər verir ki, öz qapısına ən çox qol vuran komanda ünvanının üç şəriki var.

Bunlar bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ”, həmçinin AZAL-dı. Hər üç komandanın futbolçuları 18 dəfə öz qapısına qol vurub. Onların ən yaxın “izləyicisi” “Keşlə”nin üzvləri 12 dəfə avtoqola üzülüb.

Ən çox avtoqol müəllifi olan komandalar: AZAL, “Neftçi”, “Qarabağ” – 18, “Keşlə” – 12, “Sumqayıt”, “Bakı” – 11, “Zirə” – 8, “Turan” – 7, MOİK, “Kəpəz”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Simurq” – 6.

“Qarabağ” ən çox avtoqol vuran komandalardan biri olmaqla yanaşı, rəqibləri topu öz qapısından ən çox keçirən klubdur. Ağdamlıların hesabında 22 rəqib qolu var. “Neftçi”ni rekordçudan üç top ayırır. İlk “üçlüy”ü “Keşlə” qapayır – 17 dəfə.

Rəqibləri ən çox avtoqol edən komandalar: “Qarabağ” – 22, “Neftçi” – 19, “Keşlə” – 17, “Bakı” – 15, “Qəbələ” – 13, “Simurq”, “Turan” – 10, “Xəzər Lənkəran” – 9, “Kəpəz”, “Sumqayıt” – 8.

Həmin kateqoriyadan