- Baxış sayı: 42
- 09 Noyabr 2026 13:35
- Baxış sayı: 46
- Noyabr 09, 2026
- 0

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb.
Allsport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Naxçıvan təmsilçisi Urfan Abbasovla anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.
Karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən Abbasov Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.