Uroş Matiç: “Qarabağ” məni transfer etmək üçün hər şey etdi”

“Qarabağ”ın yeni transferi Uroş Matiç telegraf.rs saytına açıqlama verib. Allsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubuna keçidi ilə bağlı danışıb:

“Burada olmaqdan məmnunam. “Qarabağ” konkret təklif göndərdi və məni bura gətirmək üçün hər şey etdi. Komanda çox yaxşı təşkilatlanıb. Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, çempionat və avrokuboklarda yaxşı nəticələr qazanacağıq”.

“Qarabağ” serbiyalı futbolçu ilə 2+1 illik müqavilə bağlayıb.

Həmin kateqoriyadan