“Üzücü hal odur ki, ilk hissədə kifayət qədər qol imkanlarını dəyərləndirə bilmədik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin 4-cü turda “Keşlə” klubu ilə oyundan sonra mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 2:0 qalib gəldirkləri matç barədə bunu deyib:

“Komandamızın oyunundan çox razıyam. Üzücü hal odur ki, ilk hissədə kifayət qədər qol imkanlarını dəyərləndirə bilmədik. Bununla belə, fasilədən sonra gözəl oyun göstərdik. Meydana sonradan daxil olan futbolçular da ümidləri doğrultdular. Ümumiyyətlə, şans verdiyim futbolçulardan razı qaldım.

Millinini düşərgəsindən zədəli qayıdan Emin Mahmudov çox keyfiyyətli futbolçudur, hücumameylli yarımmüdafiəçidir. Kifayət qədər təhlükəli epizodlar yaradır, kapitandır. Amma Rəhman Eminin yerində kifayət qədər yaxşı oynadı, ondan da razıyam”.

Həmin kateqoriyadan