“Uzun müddət idi ki, doğma meydanda qalib gələ bilmirdik“

Allsport.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Ervin Koffi Azərbaycan premyer liqasının XIV turu çərçivəsində “Araz-Naxçıvan”la oyunu dəyərləndirib:

“Uzun müddət idi ki, doğma meydanda qalib gələ bilmirdik. Ümid edirəm ki, bu qələbədən sonra uğurun ardı gələcək. Son nəticələrin yaxşı olmamasına baxmayaraq, azarkeşləri bizə dəstək olmağa çağırıram. Onların bizim yanımızda olmasına çox ehtiyacımız var. Biz 11 nəfər meydanda öz oyunumuzu yaxşı şəkildə göstərməyə çalışacağıq. Onlar da bizim 12-ci üzvümüz olacaqlar”. 

Həmin kateqoriyadan