Vəfadar Quliyev: “Ağır oyun oldu”

“Sumqayıt”ın məşqçisi Vəfadar Quliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçala”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:

“Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan