Vəfadar Quliyev: İddialı “Zirə” yaratmaq istəyirk

Topaz premyer liqasının 1-ci turundan təxirə salınan oyunda “Zirə” səfərdə “Qarabağ” klubu ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra qonaqların məşqçisi Vəfadar Quliyev bunu söyləyib:

“Çətin oyun keçdi. İlk hissədə istədiyimiz kimi oynamadıq. Ancaq fasilədən sonra oyunumuz bir az yaxşı oldu. İnşallah, növbəti qarşılaşmalarda daha yaxşı oynayacağıq. İddialı “Zirə” yaratmaq istəyirk. Futbolulardan razıyıq, əllərindən gələni etdilər”.

Həmin kateqoriyadan