“Vacib bir xal qazandıq”

Allsport.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 7-ci turunda evdə “Neftçi”yə qarşı keçirdikləri oyunu (1:1) şərh edib:

“Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, onların böyük potesnailının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik. Bu gün meydanda aqressiv və fərqli “Neftçi” var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi. Maraqlı, gərgin oyunun şahidi olduq. “Neftçi” bu gün çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq.

Həmin kateqoriyadan