Vandalların davamçıları Parisdə Türkiyə klubunun məşqçisinə irqçi ifadə işlədib

Çempionlar liqasının “H” qrupunun 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) – “Başağşəhər” (Türkiyə) matçı təxirə salınıb. Allsport.az saytı xəbər verir ki, bununla bağlı UEFA-nın qərarı olub. Görüş dekabrın 9-da saat 21:55-də qaldığı yerdən davam edəcək. Oyun fərqli hakimlərə tapşırılacaq.

Qarşılaşmanın dayanması, 14-cü dəqiqədə 4-cü referi Sebastian Kolteskunun İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Olaylardan sonra, “Başağşəhər” meydanı tərk edərək, paltardəyişmə otağına gedib.

Həmin kateqoriyadan