Varan qalır, yoxsa gedir?

“Mançester Yunayted” rəhbərliyi müdafiəçi Rafael Varanla müqaviləni yeniləməyə tələsmir.

Allsport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, mankunian klubunun nümayəndələri 30 yaşlı fransalıya yeni müqavilə belə təklif etməyiblər. Varanın sözləşməsi 3 aydan sonra başa çatır.

Bu mövsüm o, premyer liqada 19 matçda iştirak edib və 1 qol vurub.

Həmin kateqoriyadan