“Veteranlar” finalda rəqibinə üstün gəlib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçirilib.

Allsport.az xəbər verir ki, Bakı olimpiya stadionunda təşkil olunan turnirdə AFFA, PFL, “Klublar”, “Hakimlər”, “Veteranlar”, “Media”, “Könüllülər”, SOCAR, BOS və “Partnyorlardan” ibarət 10 komanda mübarizə aparıb.

Hər qrupda 5 komanda olmaqla 2 qrupda oyunlar keçirilib. Öz qruplarında birinci yeri tutan PFL və Veteranlar komandaları final oyununda qarşılaşıb.

Rəqibini 6:2 hesabı ilə məğlub edən Veteranlar turnirin qalibi olublar. Turnirdə ilk iki yeri tutan komandalara medallar təqdim edilib.

Medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Fərid Qayıbov, assosiasiyanın baş katibi Sərxan Hacıyev təqdim ediblər.

Həmin kateqoriyadan