Visente Qomes: “Çempionat heç də asan deyil”

“Sabah”ın baş məşqçisi Visente Qomes premyer liqanın 2-ci turunda evdə “Qəbələ”yə qalib gəldikləri oyundan (2:0) sonra fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis öncə oyunu şərh edib:

“İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı oynayan biz idik. İkinci hissəyə bir az pis başladıq. Slavik Alxasovun qırmızı vərəqəsindən sonra geri çəkilməyə məcbur olduq. Əlbəttə, bu tip oyunlar olacaq. Narahatlıq hissi yoxdur, çalışacağıq ki, rəqiblərimizin boşluqlarından istifadə edə bilək.

Çempionat heç də asan deyil. Qarşıda bizi gərgin oyunlar gözləyir. Azərbaycan premyer liqası elə də asan çempionat deyil. Mənim üçün əsas olan nəticəylə yanaşı, həm də sərgilənən oyundur. Bu qarşılaşmanın icmalına baxıb, təhlillər edəcəm. İstəyirəm ki, komandam daha da yaxşı olsun. Futbolçularım əllərindən gələni etdilər”.

Həmin kateqoriyadan