Visente Qomes: Göstərdiyimiz oyun mövqeyimizi yaxşılaşdırmaq üçün kifayət deyil

“Hazırda hər şey planlaşdırdığımız kimi gedir. Əsas odur ki, komandada zədəlilər olmasın və oyunçularımız məşqlərinə problemsiz davam edə bilsinlər”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Sabah”ın baş məşqçisi Visente Qomes “Səbail”lə yoxlama matçından sonra deyib. İspaniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüş haqda bunları əlavə edib:

“Yoxlama oyununda qüvvəmizi sınadıq. Qalib gəlmək həmişə yaxşıdır, lakin, anlamalıyıq ki, bu gün göstərdiyimiz oyun turnir cədvəlindəki mövqeyimizi daha yaxşılaşdırmaq üçün kifayət deyil”.

Həmin kateqoriyadan