Visente Qomes: 2-ci hissədə çətinlik çəkdik

“Sabah”ın baş məşqçisi Visente Qomes premyer liqanın 3-cü turunda səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb. Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis qələbəni şərh edib:

“Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda “Zirə” matça bir az nəzarət etsə də, oyundan razıyam. Qələbə qazana bildik.

İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynadıq, ikinci hissədə isə zəhmət çəkən tərəf biz idik. Fikrimcə, daha çox işləsək, Avropa liqasına vəsiqə uğrunda mübarizə apara bilərik”.

Həmin kateqoriyadan