Visente Qomes: “Külək bizə qarşı olduğundan, irəli çıxamaqda çətinlik çəkirdik”

Premyer liqanın ilk turunda “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, qonaq komandanın baş məşqçisi Visente Qomes yenilgiyə belə şərh verib:

“Birinci hissədə pis oynamadıq. Külək bizə qarşı olduğundan, irəli çıxamaqda çətinlik çəkirdik. İkinci hissədə külək bizim lehimizə oldu. Sadəcə, hücumları sonlandırmaqda dəqiqlik çatmadı. “Qarabağ” kimi komandalara qarşı oyunda əldə etdiyin fürsətlərdən maksimum yararlanmalısan.

Bu gün topa daha çox nəzarət etmək istəyirdik, lakin rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də düzgün oynamaq lazımdır. İlk hissənin son saniyəsində vurulan topu çıxsaq, firkimcə, arxa xətdə yaxşı oynadıq”.

Həmin kateqoriyadan