Visente Qomes: Oyun ərzində bir neçə dəfə fərqlənmək imkanımız oldu

“Sabah” premyer liqanın 9-cu turunda Masazırda “Zirə”yə 0:1 məğlub olub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin ispaniyalı baş məşqçi Visente Qomes bunu deyib:

“Oyuna pis başlamadıq. Penalti qazansaq da, yararlana bilmədik. Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi də oyunumuza təsir etdi. Oyun ərzində bir neçə dəfə fərqlənmək imkanımız olsa da, qol vura bilmədik. Rəqib isə sadə epizodda qol vurdu və qələbə qazandı”.

Həmin kateqoriyadan