Vladimir Bazanov: “Vəziyyət kritik deyil, çempionatı davam etdiririk”

Belarus futbol federasiyasının sədri Vladimir Bazanov ölkə çempionatının COVID-19 pandemiyasına görə dayandırmaq fikrində olmadıqlarını açıqlayıb. Allsport.az saytı pressbol.by-a istinadən xəbər verir ki, qurum rəsmisi stadionlarda koronavirusa qarşı tədbirlər görüldüyünü deyib:

“Vəziyyət kritik deyil, çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlara apardılar. Əsas olan insanların bunu anlamasıdır.

Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və asqırmamalıdırlar. UEFA və FFFA bizə təzyiq etmir. Kritik vəziyyət yaranarsa, çempionatı dayandıracağıq”.

Həmin kateqoriyadan