Vüqar Məmməd: “Futbolçuların ümumi hazırlığında artım hiss olunur”

U-19 millimiz Antalya toplanışı çərçivəsində Norveçin “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyununda 2:2 edib.
Allsport.az saytı xəbər verir ki, matçla bağlı baş məşqçisi Vüqar Məmməd bunu söyləyib:

“Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Bu oyunda fiziki baxımdan çox güc sərf etdik. Oyun zamanı bəzi gedişlər oldu ki, yaxşı alındı. Taktiki planda müəyyən işlərimiz qalıb, bundan sonra onlara daha çox vaxt ayıracağıq. Fikrimcə, toplanışın ümumi gedişatı komandanın xeyrinədir. Futbolçuların ümumi hazırlığında artım hiss olunur”.  

Həmin kateqoriyadan