- Baxış sayı: 15
- 26 Aprel 2024 10:27
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Premyer liqanın 7-ci turu Vüsal İsgəndərli üçün yubiley olub. Allsport.az saytı xəbər verir ki, “Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib.
Bu, “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.
Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.