VİDEO
“Xəzər Lənkəran” 2-ci sınağında məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Yunis Hüseynov komandasını bu dəfə yerli “Kasımpaşa” klubu ilə görüşdə sınaqdan keçirib.

İlk yarıda buraxılan iki qol cənub klubunun məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “ağ-yaşıllar” bundan öncə Türkiyənin 3-cü liqa klubu “Niğdespor”la qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
14 iyul

“Xəzər Lənkəran” – “Kasımpaşa” – 0:2 (0:2)

“Xəzər Lənkəran”: Pavel Kapsa, İlyas Səfərzadə, Rasim Ramaldanov, Adrian Skarlatake, Ruslan Abışov, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Vaqif Cavadov, Vüqar Nadirov, Rafinya.

“Kasımpaşa”: Ramazan Köşe, Erhan Kartal, Veysel Sarı, Mert Kula, Ferhat Kiraz, Rayan Donk, Andre Kastro, Tunay Torun, Oskar Skarione, Sanharib Malki, Eren Derdiyok.

Həmin kateqoriyadan