“Xəzər Lənkəran” “Şah oyun” üçün toplanır

Premyer Liqanın 12-ci turundan sonra yaranan fasilə “Xəzər Lənkəran” üçün başa çatıb. Allsport.az xəbər verir ki, qısa müddətli istirahətdən sonra Lənkərandakı bazasında toplaşan “Xəzər Lənkəran” mövsümün ikinci “Böyük oyun”unun hazırlığına start verib.

Ciddi itkilərə rəğmən komanda bu gün toplanaraq hazırlığa başlayıb və oyun gününə qədər bütün məşqlərini Lənkəranda davam etdirəcək. Adrian Skarlatake və Orxan Əliyevin əməliyyat olunacağını nəzərə alsaq, hər iki futbolçunun bu ili başa vurduğunu söyləmək olar.

Milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar üç futbolçu “Şah oyun”un hazırlığına gec qosulacaq. Belə ki, Rahid Əmirquliyev, Elşən Rzazadə və Elnur Cəfərov milli komandaların düşərgəsindədirlər.

Zədəli futbolçulardan Rasim Ramaldanovun sıraya dönməsi xoş xəbər olsa da, təcrübəli müdafiəçi hələ ki, fərdi məşqlərlə kifayətlənir. Bütün bunları nəzərə alan məşqçilər korpusu əvəzdeci heyətdən bir neçə futbolçunu əsas komandanın məşq prosesinə cəlb edib.

Həmin kateqoriyadan