VİDEO
“Xəzər Lənkəran” həvəskar komandaya 8 qolla qalib gəldi

Yay təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Xəzər Lənkəran” bu gün hazırlıq prosesi çərçivəsində dostluq matçı keçirib. Allsport.az xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar qardaş Türkiyə Cümhuriyyətində əksər klubların qısamüddətli istirahəti səbəbindən cənublular əvvəlcədən bu günə planlaşdırılmış yoxlama oyununu dostluq matçı ilə əvəz edib.

“Xəzər Lənkəran” Bakı vaxtı ilə saat 20:00-da Türkiyə həvəskarlar liqasında mübarizə aparan “Antalya Kunduspor” klubu ilə məskunlaşdığı otelin futbol meydançasında üz-üzə gəlib. Matç Azərbaycan klubunun böyük hesablı qələbəsi ilə başa çatıb.

“Xəzər Lənkəran” – “Antalya Kunduspor” – 8:1
Qollar: Əmirquliyev, 3 (1:1), Nadirov, 19 (2:1), Cavadov, 24 (3:1), Eyyubov, 49 (4:1), 62 (6:1), Abışov, 58 (5:1), Cəfərov, 74 (7:1), Kazımlı, 78 (8:1).

“Xəzər Lənkəran” bu oyuna aşağıdakı start heyətlə çıxıb: Orxan Sadıqlı, Rasim Ramaldanov, Ruslan Abışov, Manuel Skarlatake, İlyas Səfərzadə, Dieqo Qusmao, Rahid Əmirquliyev, Vüqar Nadirov, Vaqif Cavadov, Elnur Cəfərov, Rəşad Eyyubov.

Həmin kateqoriyadan