“Xəzər Lənkəran” üçün 12-ci mövsüm

Avqustun 9-da keçiriləcək “İnter”lə qarşılaşma ilə “Xəzər Lənkəran” 2015/16 mövsümünə start verəcək. Allsport.az xəbər verir ki, sayca 24-cü olan Azərbaycan çempionatı “ağ-yaşıllar”ın tarixində 12-ci olacaq. Premyer Liqada yarandığı 2004-cü ildə debüt edən komanda ilk oyununu 11 il əvvəl avqustun 7-də keçirib. Qazaxda “Turan”a qarşı keçirilən səfər oyunu 1:1 hesabı ilə nəticələnib. Albaniyalı Çöri İlir “Xəzər Lənkəran” tarixinə ilk qolun müəllifi kimi düşüb.

İlk mövsümdə “Neftçi” ilə eyni sayda xal toplayan “ağ-yaşıllar” çempionluğu Gəncədə keçirilən “Qızıl oyun”da (1:2) əldən versə də, debüt mövsümündə gümüş medallara yiyələnib. 2005/06 mövsümündə uğursuz çıxış edib, 7-ci yerlə kifayətlənən komanda növbəti çempionatda tarixinin ən böyük nəticəsini əldə edib. “Qızıl dubl”a imza atan Lənkəran klubu qızıl medalları son turda Qəbələdə rəsmiləşdirib. 2007-ci il mayın 23-də “Gilan” üzərində 3:0 hesablı qələbə hələlik yeganə olan çempionluğu qazandırıb. 2007/08, 2008/09 və 2009/10 mövsümlərində mükafatçılar sırasına düşə bilməyən komanda ardıcıl 3 dəfə 4-cü yerlə kifayətlənib. 5 il əvvəl dramatik sonluqla nəticələnən çempionatın qızıl medalları son turda əldən verilib.

2010/11 və 2011/12 mövsümlərində çempionluq mübarizəsi aparan “Xəzər Lənkəran” ardıcıl 2 dəfə gümüş medallara yiyələnib. Bununla da komanda Premyer Liqadakı mükafatlarının sayını 4-ə çatdırıb ki, bunların biri qızıl, üçü gümüşdür. Son üç mövsümdə isə “Xəzər Lənkəran” mükafatçılar sırasından uzaq düşüb. 2012/13 mövsümündə tarixinin ən uğursuz nəticəsini göstərib, 9-cü olan komanda ardınca 6-cı, sonra isə 7-ci yerlə kifayətlənib.

Cari mövsümə 5-ci mükafat uğrunda mübarizə üçün qatılan “Xəzər Lənkəran” indiyədək keçirdiyi 33 çempionat oyununda 157 qələbə qazanıb, 97 heç-heçə edib və 79 dəfə uduzub. 477 top vuran “ağ-yaşıllar” 287-ni buraxıb. Ev oyunlarında 166 matçda 93 qələbə, 50 heç-heçə və 23 məğlubiyyət qeydə alınıbsa, səfərdə eyni sayda görüşdə 64 qələbə, 47 heç-heçə və 55 məğlubiyyət alınıb. Öz meydanındakı matçlarda komandanın top fərqi daha yaxşıdır – 277:113. Səfərdə bu rəqəmlər 199-172-dir. Cənub təmsilçisi neytral meydandakı yeganə matçda 1:2 hesabı ilə yenilib.

“Xəzər Lənkəran”ın Premyer Liqadakı nəticələri

MövsümOQHMTOPXnəticə
2004/0535246566-1778II yer
2005/062699827-1836VII yer
2006/0724175250-1656ÇEMPİON
2007/08261410244-1652IV yer
2008/0926155649-2150IV yer
2009/10 – I mərhələ22128229-1144
2009/10 – II mərhələ1033411-1012IV yer
2010/11 – I mərhələ22145328-1247
2010/11 – II mərhələ1027110-613II yer
2011/12 – I mərhələ22135433-1944
2011/12 – II mərhələ1043311-915II yer
2012/13 – I mərhələ2277832-2728
2012/13 – II mərhələ103348-1012IX yer
2013/143612131144-4949VI yer
2014/1532881635-4632VII yer
Cəmi3331579779477-287568

 

“Xəzər Lənkəran”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçular

1Rahid Əmirquliyev236
2Radomir Todorov142
3Alim Qurbanov130
4Kamran Ağayev122
5Rəşad Abdullayev115
6Elnur Abdullayev113
7Sadio Tounkara95
8Adrian Skarlatake86
9Elnur Allahverdiyev78
10Adrian Pit75

 

“Xəzər Lənkəran”ın heyətində Premyer Liqada ən çox qol vuran futbolçular

1Zaur Ramazanov33
2Samir Əliyev24
3İvan Tsvetkov22
4Rahid Əmirquliyev19
5Mario Souza18
6Oqtay Dərəlioğlu17
7Sadio Tounkara15
8Rəşad Abdullayev12
9-12Alim Qurbanov11
Adrian Skarlatake11
Allan Lalin11
Etame Mbilla11

 

“Xəzər Lənkəran”ın Premyer Liqadakı baş məşqçiləri

Baş məşqçiOqhmTopxal
Ağasəlim Mircavadov82462610134-53164
Rasim Kara442951083-2792
Mirça Rednik472416758-3488
Yunis Hüseynov2188526-1832
Mustafa Dənizli2087531-2731
Viktor Pasulko1376019-527
Con Toşak2368918-2926
İqor Ponomaryov1373325-924
Oğuz Çətin1765624-2123
Nazim Süleymanov1354413-1119
Cüneyt Biçer851213-416
Karles Martorell Bakes1032513-1611
Elbrus Məmmədov14221011-258
Emin Quliyev (icra edib)31116-34
Şenol Fidan (icra edib)30120-21
Hafiz Əliyev (icra edib)10102-21
Covanni Melkiorre (icra edib)10101-11

Həmin kateqoriyadan