Xabi Alonsodan unikal göstərici

“Qarabağ”ın Avroliqanın 1/8 final mərhələsində rəqibi “Bayer-04”in baş məşqçisi Xabi Alonso bundesliqada unikal göstəriciyə imza atıb.

Allsport.az xəbər verir ki, “aspirinlər” onun rəhbərliyi altında keçirdiyi ilk 50 görüşün 33-də qələbə qazanmaqla bunu reallaşdırıb.

İspaniyalı mütəxəssis bundesliqa tarixində ilk 50 matçında ən çox qalibiyyət sevinci yaşayan üçüncü çalışdırıcı olub. O, yalnız “Bavariya”nın sabiq baş məşqçiləri Hans Diter Flik və Xosep Qvardioladan geri qalır. Flik təyinatından sonrakı 50 qarşılaşmanın 40-da, rekordçu Qvardiola isə 42-də qələbəyə sevinib.

Qeyd edək ki, “Bayer 04” hazırda 64 xalla bundesliqaya başçılıq edir. Leverkuzen təmsilçisi növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.

Həmin kateqoriyadan