- Baxış sayı: 19
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 205
- Noyabr 09, 2026
- 0

“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, onun yubileyi premyer liqanın XVI turuna təsadüf edib.
25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.
Qeyd edək ki, “kimyaçılar” bu oyunda 1:6 hesabı ilə uduzub.