“Xallarımızı qazana bilmirik”

Allsport.az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan premyer liqasının 9-cu turunda səfərdə “Zirə”yə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışıb:

“Futbolçularım meydanda çox zəhmət çəkdilər. Təəssüf ki, diqqətsizlikdən birinci hissədə qol buraxdıq. İkinci hissədə oyunu bərabərləşdirdik. Üstünlüyümüz də var idi. Amma təəssüf yenə standart vəziyətdən qol buraxdıq. Məncə qoldan öncə də rəqibin hücumçusu futbolçumuza dirsək atmışdı. Neçə oyunlardı xırda follar, “Sumqayıt”la oyunda verilməyən penalti bizə baha başa gəlir. Xallarımızı qazana bilmirik. Amma bu gün oyun baxımından futbolçulardan razı qaldıq. Sonluq çatmadı”. 

Həmin kateqoriyadan