Xames Rodriqes “Olimpiakos”dan ayrılıb

Xames Rodriqes “Olimpiakos”dan ayrılıb

Allsport.az xəbər verir ki, “Olimpiakos” 31 yaşlı kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqesin klubdan ayrıldığını açıqlayıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.

Rodriqes Yunanıstan təmsilçisinə 2022-ci ildə Qətərin “Əl Rayyan” klubundan keçmişdi. Rodriqes həm də “Bavariya”, “Real”, “Monako”, “Portu” və bir sıra digər klublarda da çıxış edib. O, Madrid təmsilçisi ilə 2 dəfə çempionlar liqasının qalibi olub.

Həmin kateqoriyadan