Xaqani Məmmədov “Qəbələ”nin əsas komandasnda

Xaqani Məmmədov “Qəbələ”nin əsas komandasnda

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Allsport.az xəbər verir ki, klubun futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

2012-ci ildən “Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/20 mövsümündə çempion adını qazanıb.

Futbolçu kimi Azərbaycan milli komandasının da şərəfini qorumuş (1997-2008), karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib. O, 2007/08 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.

Həmin kateqoriyadan