“Xaraktersizliyi Ramil Şeydayevi belə vəziyyətə gətirdi”

Rus blogger Pavel Qorodnitski “Youtube” kanalında “Sabah”da oynayan millimizin hücumçusu Ramil Şeydayev barədə danışıb. Allsport.az xəbər verir ki, o, “Zenit”in yetirməsinin xaraktersiz futbolçu olduğunu deyib:

“Zenit”də Ramil Şeydayev var idi. Hələ uşaq turnirlərində iştirak edəndə, ona sarı vərəqə göstərilən zaman meydanda ağlayırdı. Ancaq cüssəli futbolçu idi. Zaman keçdikcə karyerası alınmadı. Oynadığı klublarda özünü göstərə bilmədi.

Bunun səbəbi xaraktersiz olması idi. Gənc yaşlarından baş qaldıran xaraktersizlik onu belə vəziyyətə gətirdi. Maraqlıdır, Ramil Azərbaycan millisində Almaniya və Xorvatiya kimi komandalara qol vurub”.

Həmin kateqoriyadan