Xarlan: “Bakı-2015 uzun müddət yaddaşlarda qalacaq”

Qılıncoynatma üzrə olimpiya çempionu Olqa Xarlan Bakı-2015-in idman obyektlərinin onda böyük təəssürat oyatmasından danışıb. Allsport.az xəbər verir ki, Ukraynanın sablya üzrə olimpiya çempionu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Azərbaycanın paytaxtına dəvət edilib və Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti cənab Yaşar Məmmədovla görüşüb. Pekin-2008 komanda üzrə sablya yarışının çempionu və London-2012 fərdi sablya yarışının bürünc medalçısı milli federasiyadan olan azərbaycanlı qılıncoynadanlarla da görüşüb.

Səfərinin sonunda Xarlan müxbirlərə bunları söyləyib: “Mən idmançılarla görüşüb onlarla söhbət etdim. Mən həm də idman obyektlərinə baxmaq üçün Bakı-2015 Avropa Oyunları başlamazdan əvvəl Azərbaycana səfər etmək istəyirdim. Gördüklərim ondan xəbər verir ki, Bakı, Avropa Oyunlarına 100 faiz hazırdır. Əminəm ki, Azərbaycan Bakı -015 Avropa Oyunlarını çox yüksək səviyyədə keçirəcək. Bu oyunlar Avropada uzun müddət yaddaşlarda qalacaq.”

Fərdi sablya üzrə ikiqat dünya çempionu və dördqat Avropa çempionu Kharlan qeyd etdi ki, Bakı 2015-ci il, 13-19 iyul tarixlərində Moskvada keçiriləcək Dünya Çempionatı üçün böyük hazırlıq mərhələsi olacaq.

ExtraTime.az və SİA xəbərlər agentliyinə müsahibəsində Xarlan deyib: “Bakı-2015 bizim gözlənilən mühüm yarışlarımızdan biridir və Dünya Çempionatına hazırlıq imkanıdır. Avropa Oyunları başlamazdan əvvəl, biz İsveçrənin Montreux şəhərində keçiriləcək Avropa Çempionatında yarışmağı planlaşdırırıq və Bak-2015 Dünya Çempionatları üçün baş repitisiya rolunu oynadığına görə mən yaxşı çıxış etmək istəyirəm.”

Xarlan bildirib ki, Avropa Oyunları Ukrayna üçün vacibdir: “Biz bu Avropa Oyunları üçün artıq xüsusi idman geyimləri sifariş etmişik”.

Xarlan həmçinin əlavə etmişdir ki. Ukrayna Bakı-2015 Avropa Oyunlarında 11 qılıncoynadanla çıxış edəcək və bu rəqəm London-2012-də yarışanların sayından çoxdur: “Biz Avropa Oyunlarında yaxşı nəticələr əldə etməyə ümid edirik”.

Həmin kateqoriyadan