- Baxış sayı: 5
- 25 İyun 2026 14:00
- Baxış sayı: 5
- İyun 25, 2026
- 0

Allsport.az xəbər verir ki, “Sumqayıt” futbol klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.
Adıçəkilən vəzifə Zaur Xudiyevə həvalə olunub.
Son iş yeri “Report” informasiya agentliyinin idman şöbəsi olan Xudiyev daha öncə “Oxu.az”, “Apasport” kimi ölkənin tanınmış xəbər qurumlarında da fəaliyyət göstərib.