Yalnız Tovuz stadionunda: “Turançılar”dan şəhidlərə böyük sayğı!

Dövlətə sədaqəti, milliliyi, vətənsevərliyi və türkçülüyü ilə fərqlənən “Turan Tovuz” klubunun yerli rəhbərliyi daha bir nümunəvi addımla önə keçib.

Allsport.az saytının məlumatına görə, rayon stadionunun ərazisində 2-ci Vətən müharibəsi şəhidlərə guşə yaradılıb.

Lövhə elə yerdə düzəldilib ki, oyuna gələn tamaşaçılar bu mənzərəni seyr edərək tribunaya daxil olurlar.

Stadionun girişində şəhid, qazi ailələri və Qarabağ savaşlarının iştirakçıları üçün xüsusi zona mövcuddur.

“Qırmızı-göylər” premyer liqada çıxış edir, hazırda 10 komanda arasında yarış cədvəlində 16 xalla 7-cidir.

Həmin kateqoriyadan