- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Whoscored” Avropanın ən yaxşı beş liqasından 2025/26 mövsümünün ən yaxşı cinah hücumçularının siyahısını açıqlayıb.
Allsport.az xəbər verir ki, Lamin Yamal siyahıya başçılıq edir, “Barselona” oyunçusu ən yüksək reytinq – 8.34 bal toplayıb.
“Bavariya”dan Maykl Olise 7.85 reytinqlə ikinci yerdədir. Onun komanda yoldaşı Luis Dias isə 7.67 reytinqlə ilk üçlüyü tamamlayır.
Meyson Qrinvud (“Marsel”, 7.58) və Rafinya (“Barselona”, 7.47) də ilk beşliyə daxil olublar.