- Baxış sayı: 34
- 25 Sentyabr 2026 23:57
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:1 hesabı ilə qələbə qazandıqları matçı şərh edib:
“Oyunun əvvəlində uşaqlarda həyəcan var idi. İkinci hissədə meydanda fərqli komanda gördük. Oyunumuzu əks-hücumlar üzərində qurduq və bunun bəhrəsini gördük. Kubok oyunlarında sürprizlər olur. Çalışırıq ki, hər oyun yaxşı nəticə qazanaq. Uşaqlar bu gün yaxşı oyun göstərdi və qələbə qazandıq. 1/4 finalda rəqib yenə premyer liqa klubudur. “Keşlə”yə qarşı yaxşı hazırlaşıb, yaxşı oyun göstərmək istəyirik”.