“Yaxşı təlim-məşq toplanışımız oldu”

Allsport.az xəbər verir ki, “Neftçi”nin hücumçusu Yeqor Boqomolski klubunun televiziyasına açıqlama verib:

“Yaxşı təlim-məşq toplanışımız oldu. Yeni baş məşqçi gəldi və komanda qarşısında yeni tələblər qoydu. Əlbəttə ki, məşqçinin bütün istəklərini gerçəkləşdirmək üçün kifayət qədər vaxtımız olmayıb. Qarşıdakı oyunda məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq. Əlbəttə, daha çoxunu meydanda göstərmək istəyirəm. Daha çox oyun praktikası qazanmaq istəyirəm. Ümid edirəm ki, yarıda qalan yarım ildə özümü daha yaxşı tərəfdən göstərə biləcəm”.

Həmin kateqoriyadan