“Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq“

Azərbaycan premyer liqasının 16-cı turunda “Kəpəz” səfərdə “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“İlk növbədə bizi sevən insanları sevindirdiyimiz üçün Allahımıza şükürlər olsun. “Kəpəz”i sevənlərin hamısının üzünü güldürə bildik. Azarkeşlərimizə təşəkkür edirəm. Oyunlarımızda həmişə bizə dəstək olurlar.

Oyuna gəldikdə isə yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Elmar Baxşiyevin çox yaxşı komandası var. Qalib gəldiyimiz üçün çox sevinirəm. Çünki yaxşı komandaya qarşı oyunda qələbə qazanmışıq. Həmişə ön sıralarda gedən bir rəqibdir. Gələcək oyunlarda uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan