“Yeganə hücumları qolla nəticələndi”

Premyer liqanın 15-ci turunda “Zirə” “Neftçi Arena”da “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı öz fikirlərini bölüşüb:

“Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. İstəməzdik ki, uduzaq. Qələbəyə köklənmişdik. Bilirdik ki, qələbə bizə üstünlük yarada bilər. Risk etmək olardı. Çoxsaylı hücumlar etdik, oyuna nəzarət bizdə idi. Rəqibin yeganə təhlükəli epizodunda… Heç təhlükəli epizod da deyildi. Rəhmanın başla qol vurmasını nadir hallarda görürük. Yeganə hücumları qolla nəticələndi.

Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nəticə əldə edə bilərik. Komandamın inkişafı məni sevindirir”.

Həmin kateqoriyadan