“Yenidən Azərbaycana qayıtdığıma görə şadam”

“Zirə”nin yeni transferi Riçard Almeyda açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi təzə klubu barədə bunu deyib:

“Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov “Zirə”yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim.

Bilirəm ki, premyer liqanda iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə “Zirə”yə kömək edə biləcəm”.

O, 2017-ci ildən Azərbaycan millisində oynayır. O, 2011-2018 və 2019/2020-ci illərdə “Qarabağ”da çıxış edib. 

Həmin kateqoriyadan