“Yerli azarkeşlər olduqca yaxşı dəstək verirlər”

“Bilirdik ki, Gəncə ən çətin səfərlərimizdən biri olacaq. Özüm də ötən il “Kəpəz”də çıxış etmişəm. Bu komanda üçün doğma meydan amilinin necə əhəmiyyət daşıdığını yaxşı bilirdim. Yerli azarkeşlər olduqca yaxşı dəstək verirlər”.

Allsport.az saytı xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın müdafiəçisi Abdulla Rzayev premyer liqanın V turunda “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 21 yaşlı müdafiəçi matça hazırlıqlı başladıqlarını qeyd edib:

“Motivasiyamız da yaxşı idi. Meydan sahibi komandanın təzyiqinə baxmayaraq, yaradacağımız imkanlardan maksimum istifadə etmək istəyirdik. Sevindirici haldır ki, bunu bacardıq”.

Həmin kateqoriyadan