- Baxış sayı: 53
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 231
- Noyabr 09, 2026
- 0

“Neftçi” “Panatinaikos”un futbolçusu Dimitris Kolovosla maraqlanır. Allsport.az xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin ölkəsində və ya xaricdə oynamaq istəyi hələ ki bəlli deyil.
“Panatinaikos” Kolovosu yeni mövsüm üçün heyətdə düşünmür və onu icarəyə vermək niyyətindədir.
Yunanıstan millisinin üzvü 2019-cu ildən “Panatinaikos”da çıxış edir. O, ölkəsində “Olimpiakos”, “Panionios”, Kiprin “Omoniya”, Belçikanın “Mexelen” və Niderlandın “Villem II” klublarının da formasını geyinib.