Yunis Hüseynov: 2-ci hissədə oyundan razı qaldım

Premyer liqanın 10-cu turunda “Keşlə” səfərdə “Zirə”yə 1:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Yunis Hüseynov bunu deyib:

“İlk növbədə xalqımızı torpaqlarımızın azad olunması münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə, maraqlı qarşılaşma izlədiyimizi düşünürəm. Bura qələbə üçün gəlsək də, yekunda məğlub olduq.

Buna rəğmən, 2-ci hissədə göstərdiyimiz oyundan razı qaldım, lakin səhvlərə yol verib, qapımızda qollar gördük. Əlbəttə ki, itkilərimiz var idi. İrəlidə bəzi futbolçuların oyunu buraxması öz sözünü dedi”.

Həmin kateqoriyadan