- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov premyer liqanın 4-cü turunda “Zirə”yə 2:3 hesablı uduzduqları oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, təcrübəli çalışdırıcı məğlubiyyəti şərh edib:
“Bu gün qələbə qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Hesabda iki dəfə irəli çıxsaq da, müdafiədə səhvlərə yol verdik. Lakin bu məğlubiyyət hələ son deyil, yalnız 4 tur keçib. Üzərimizdə işləyib, oyunumuzu düzəltməliyik. “Zirə” komandasını qələbə münasibətilə təbrik edirəm”.