Yunis Hüseynov: “Düz oynayan qazandı”

Premyer liqanın 1-ci turunda keçirilən “Sumqayıt” – “Keşlə” (0:1) oyunundan sonra təşkil olunan mətbuat koknfransında qonaqların baş məşqçisi Yunis Hüseynovun jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

“Oyun bizim üçün çox vacib idi. Qarşıda Avropa liqası oyunumuz var. İstəyirdik ki, qələbə qazanıb, növbəti oyuna yaxşı motivasiya ilə gedək. Futbolçularım yaxşı çıxış edib, qələbə qazandı. Mənə elə gəlir ki, yaxşı oyun göstərdik. Düzdür, uzun fasilədən sonra çox yaxşı oyun göstərə bilmərik. Bu gün səhv edən komanda məğlub oldu, düz oynayan qazandı”.

Həmin kateqoriyadan