- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqanın 2-ci turunda “Qarabağ”la evdə heç-heçə edən (0:0) “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov açıqlama verib. Allsport.az xəbər verir ki, o, nəticəni şərh edib:
“Maraqlı oyun alındı. “Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridi. Ciddi hazırlaşmışdıq. Məqsəd 3 xal qazanmaq idi. Narazılığım yoxdu. Komandamız belə döyüşkən oyun göstərsə, yaxşı yerlər uğrunda mübarizə aparacaq. “Qarabağ”a uğurlar arzulayıram.
Yaxşı yerlərdən biri ilk “3-lük”də qərarlaşmaqdı. Bunun içində çempionluq da var. Bu, futboldu. Niyə də çempion olmayaq?! Çempionluğa oynayırıq. Bunun nə dərəcədə alınacağını oyunlarımız göstərəcək. Bütün oyunlara final matçı kimi yanaşsaq, alına bilər”.