Yunis Hüseynov: Qol imkanlarından istifadə edə bilmədik

“Keşlə” premyer liqanın 7-ci turunda rəqib meydanında “Neftçi”yə 0:1 məğlub olub. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında bunu söyləyib:

“İlk növbədə döyüş zonasında olan əsgərlərə uğurlar arzulayıram, biz hər zaman onların yanındayıq. “Neftçi” ilə oyuna 3 xal qazanmaq üçün çıxmışdıq.

Qol imkanları əldə etsək də, onlardan istifadə edə bilmədik. Lakin komandamızın oyunundan razı qaldım, növbəti matçlarda qələbə qazanmağa çalışacağıq. “Neftçi”yə də qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan