Zədəlilərin müalicəsi davam edir: “Kəpəz”də ciddi itkilər

AzAL-a qarşı səfər oyununda zədələnən “Kəpəz”in futbolçularının vəziyyətinə aydınlıq gəlib. Allsport.az xəbər verir ki, matçı davam etdirə bilməyərək əvəzlənən Budaq Nəsirovun bud əzələsi əzilib.

Onun kimi Azad Kərimov da əzələ əzilməsindən əziyyət çəkir. Gənc müdafiəçinin ayağında ağrılar var. 21 yaşlılardan ibarət Azərbaycan yığma komandasına dəvət alan hər iki futbolçunun müalicəsi davam edir. Onlar 2-3 günə bərpa olunacaq.

“Sarı-göylər”in digər zədəli futbolçusu Dario Frederikonun durumuna bu gün aydınlıq gələcək. Meniski zədələnən yarımmüdafiəçi dünən Maqnit Rezonans Tomoqrafiyasından keçib.

Komandanın uzun müddət zədəli olan oyunçusu Kərim Diniyevin isə vəziyyəti yaxşıdır. Diniyev bir həftədir ki, fərdi şəkildə məşqlərə başlayıb.

Həmin kateqoriyadan