- Baxış sayı: 37
- 09 Noyabr 2026 21:18
- Baxış sayı: 154
- Noyabr 09, 2026
- 0

“Qəbələ”nin futbolçusu Əhmed Ayzəyanın durumuna aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alan 28 yaşlı nigeriyalı yarımmüdafiəçinin müayinələri onun sağ dizinin iç bağlarının xəsarət aldığını üzə çıxarıb. Bu səbəbdən bərpa prosesi keçən futbolçu 3-4 həftədən sonra komandaya qoşulacaq.
Yarımmüdafiəçi meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.