Zaur Həşimov: “3 qolu rəqibə hədiyyə etdik”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov premyer liqanın 18-ci turunda “Keşlə”yə uduzduqları oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 0:4 hesabı ilə məğlubiyyəti şərh edib:

“Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi. Bəzi səhvlər etdik, 4 qol buraxdıq. 3 qolu rəqibə hədiyyə etdik. Ən pis şey “qara zolağ”a düşməkdir.

Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddır”.

Həmin kateqoriyadan