- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 227
- Noyabr 09, 2026
- 0

“Zirə” yoldaşlıq oyununda evdə “Sabah”a 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Zaur Həşimov matçla bağlı bunu deyib:
“Yaxşı ilk hissə keçirdik. Bu gün daha istəkli idik. 3 qol epizodumuz da oldu, bundan istifadə edə bilmədik. 58-ci dəqiqədən əvəzləmələrə başladıq. Ümumi götürsək, ikinci hissədən də narazı qalmadım.
Sadəcə, bir anlıq konsentrasiyanı itirməyimiz ucbatından rəqib qol vurdu. Uşaqların tapşırıqlarımı yerinə yetirməsi sevindiricidir. Daha bir həftəmiz olsaydı, hazırlıq baxımından daha yaxşı səviyyədə olardıq”.